“Novruz mühazirəsi” keçirilib

    Kategori: Sosial Tarih: 14-03-2017, 22:21
    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib.

    “Novruz mühazirəsi” keçirilib


    Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib.
    Tədbirdə millət vəkilləri, media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib. Professor Ş. Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində böyük izlər qoymuş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub. Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il "Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib.


    Mənbə: APA

    “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdirib

    Apasport.az saytının məlumatına görə, çempionatın sonuna 6 tur qalsa da, ilk “üçlük”dəki komandalardan biri yerini təmin edib....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir"....



© 2017 Milliyyətçi Hərəkat