Rusiya mətbuatı Azərbaycan ordusundan yazır

    Kategori: Siyasət / Hərbi Tarih: 14-04-2017, 12:44
    Rusiyanın beynəlxalq informasiya telekanalı “Russian Today” “Azərbaycan ordusu: Regionun ən zəngin ordusu” başlıqlı şəkillər seriyası təqdim edib.

    Rusiya mətbuatı Azərbaycan ordusundan yazır


    APA-nın verdiyi məlumatda bildirilir ki, Azərbaycan ordusu Dağlıq Qarabağla bağlı Ermənistanla olan münaqişə ilə əlaqədar daim döyüşə hazır vəziyyətdədir.
    Bildirilir ki, 2000-ci illərdən bəri Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb: “Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar alır. Azərbaycanın raket əleyhinə müdafiə qüvvələri əsasən sovet texnikasından ibarətdir. Bunlar Rusiya istehsalı olan S-200, S-300, S-125, “Buk” Tor-M2E” sistemləridir. Bununla yanaşı, yaxın mənzilli zenit-raket kompleksi İsrail istehsalıdır. Azərbaycan aviasiyası gücünə görə Ermənistan Silahlı Qüvvələrini xeyli üstələyib.

    Rusiya mətbuatı Azərbaycan ordusundan yazır
    Rusiya mətbuatı Azərbaycan ordusundan yazır
    Rusiya mətbuatı Azərbaycan ordusundan yazır
    Rusiya mətbuatı Azərbaycan ordusundan yazır


    Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstandan və Ukraynadan "Miq-25", "Miq-29" qırıcıları əldə edib. “Global Firepower” hesabatında Azərbaycanın hərbi gücü Ermənistanı 34 pillə geridə qoyaraq 60-cı yerdə qeyd olunur. Azərbaycanın hərbi xərcləri 2003-cü ildə 160 milyon dollar, 2013-cü ildə isə 3,7 milyard dollar təşkil edib. Bu gün Azərbaycanın balansında 314 tank, 1600 zirehli texnika, 119 özüyeriyən artilleriya qurğusu, 240 artilleriya qurğusu, 191 raket atıcı sistemi var. Azərbaycan ordusu 70 min hərbi qulluqçu və 300 min ehtiyat heyətdən ibarətdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin balansında 31 döyüş gəmisi var”.

    Xatırladaq ki, son zamanlar Rusiyanın Xəzər dənizində apardığı təlimlər və Rusiya təhlükəsizlik şurasının sədrinin Azərbaycanla keçirdiyi görüşlərin ərəfəsi, eynilə də Türkiyə Dəniz qoşunları komandanının ölkəmizə rəsmi səfəri vaxtında Rusiya mətbuatının bu tipli məlumatları dərc etməsi xüsusi diqqət çəkməkdədir. Beynəlxalq məkanda hərbi vəziyyətin gərginləşməsi, Qafqaz üzərində də gərginliklərin artdığını göstərməkdədir.

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib....

    Rusiya Milli Qvardiyasının Şimali Qafqazdakı hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib

    TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib....

    Rusiya XİN: PKK və PYD terrorist təşkilatı deyil

    Rusiya Xarici İşlər Nazirliyi PKK və PYD -ni terror təşkilatı olaraq saymır....



© 2017 Milliyyətçi Hərəkat