TƏBRİZ 1980

    Kategori: Siyasət / Araşdırma Tarih: 15-04-2017, 04:19
    Hicri təqvimlə 1343, Miladi təqvimlə 1964-cü ildə o vaxtkı İran şahı Məhəməd Rza Şah Pəhləvinin əleyhinə danışan və onun islahatlarını sərt şəkildə tənqid edən Ruhullah Xomeyni,

      TƏBRİZ  1980


    Şahın xüsusi polis dəstəsi tərəfindən həbs edilərək zindana salınır. Bir müddət zindanda qalan Xomeyni haqqında edam qərarı çıxır. Edama sayılı günlər qala son anda bir nəfər Xomeynini ölümdən xilas edib, onu edam ipindən qurtaracaqdı. Həmin şəxs Xomeyninin illər sonra sırf Azərbaycana muxtariyyət tələb etməsi, İslam dini və şiəlik doktrinasına tamamilə zidd olan Vilayəti Fəqih sisteminə qarşı çıxdığı üçün, səsini boğub ev dustağına çevirdiyi, ölümündən öncə vəsiyyətnaməsini yazmağının belə qarşısını aldığı, ona illərcə şəriətdən dərs deyən müəllimi, milliyyətcə Azərbaycanlı (Türk) olan Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədari idi. Həmin dönəmdə Şəriətmədari İranda böyük dini nüfuza malik, bütün İranın hörmət və sayğısını görən barmaqla sayıla biləcək böyük Ayətullah rütbəli dini alimlərdən biri idi.
    Şəriətmədari Xomeyninin edamına bir neçə gün qalmış, İranın hökümət nümayəndələrinə dərhal Rza Şah Pəhləvi ilə görüşmək istədiyini bildirir, elə sabahı gün bu görüş baş tutur, çünki Şahın özü də Şəriətmədarinin necə böyük nüfuza malik olduğunu, onun sıradan biri olmadığını çox yaxşı bilirdi. Görüş zamanı Şəriətmədari Şaha, Xomeyni haqqında verilmiş edam qərarının dərhal ləğv edilməsini və onun azad edilməsini tələb edir. Rza Şah Pəhləvi isə cavabında bunun mümkün olmadığını, Xomeyninin Ayətullah deyil, sıradan bir din xadimi olduğunu onun diqqətinə çatdırır. Şəriətmədari öz dini nüfuzundan istifadə edərək elə orada, dərhal bir mətn hazırlayaraq sırf humanitar mövqedən çıxış edib, əslində heç bir elmi kvalifikasiyası olmayan Xomeyniyə Böyük Ayətullah rütbəsi verərək onu ölümdən xilas edir. Belə ki, həmin dövrdə İran Məşrutə qanunvericiliyinə görə Böyük Ayətullah titulu daşıyan ruhanilərin edamı qadağan edilmişdi. Beləliklə, şah Xomeyni haqqında verilən edam cəzasını ləğv edərək onu İraqa sürgün etməklə kifayətlənir. Bəxt Xomeyninin üzünə gülür və O, həm ölümdən xilas olur, həm də nəinki heç kimin, hətta özünün belə gözləmədiyi bir anda böyük Ayətullah tituluna sahib olur.

      TƏBRİZ  1980


    Bu mühüm tarixi hadisənin üstündən 15 il keçdikdən sonra, 1979-cu ildə İranda məlum dövlət çevrilişi baş verir və hakimiyyətə Xomeyninin başçılıq etdiyi mollalar keçir. Elə Xomeyni ilə Şəriətmədari arasında ilkin fikir ayrılıqları da bu zamandan etibarən başlayır. Beləki, İslam inqilabından sonra Şəriətmədari ilk növbədə Xomeynin nəinki İranda, bütün İslam dünyasında rezonans doğuran Vilayəti Fəqih sisteminə qəti şəkildə qarşı olduğunu, bunun istər İslam, istərsə də Şiə məzhəbinə tamamilə zidd olduğunu bildirirdi. Bundan başqa Şəriətmədarinin Güney Azərbaycanla bağlı fikirləri, Azərbaycana (Güney Azərbaycan) ən azından mədəni muxtariyyət tələb etməsi, Xomeynini artıq narahat etməyə başlayırdı. Şəriətmədarinin İranda xüsusi ilə Azərbaycan şəhərlərində böyük nüfuza sahib olması, Xomeyninin narahatlığını artırırdı. Xomeyninin fundamentalist yanaşmasından narahat olan və əhalinin dindar qisminin əksəriyyətini təşkil edən Şəriətmədari tərəfdarları, 1979-cu ildə dinc siyasi kursu müdafiə etmək üçün Müsəlman Xalq Respublikası Partiyası yaratdılar. Şəriətmədarinin xeyir-duasını alan bu partiya, qısa müddət ərzində ən nüfuzlu siyasi qrupa çevrilməyə başlayır.
    Tezliklə Böyük Ayətullah Şəriətmədari ilə Ruhulla Xomeyni arasında fikir ayrılığı açıq qarşıdurmaya çevrilir. Şəriətmədari İranda dini dövlət qurulmasını nəzərdə tutan konstitusiya layihəsini rədd edir və Güney Azərbaycanın ən azından siyasi və mədəni muxtariyyət statusunu almasını tələb edir. İranın bir çox bölgələrində, xüsusən Azərbaycanda, xalq Xomeyninin konstitusiya referendumunu boykot edir. Azərbaycanda milli oyanışın alovlandığını hiss edən Xomeyni, 1979-cu ilin dekabr ayında Böyük Ayətullah Şəriətmədarini ev dustaqlığına çevirir və Müsəlman Xalq Respublikası Partiyasını qadağan edir.



    Buna cavab olaraq isə Təbrizdə ayağa qalxan xalq şəhərdəki bütün dövlət idarələrini və televiziya binasını tutur. Qısa müddət ərzində bütün Azərbaycan şəhərlərində nəzarət xalqın əlinə keçir. Hətda İran ordusunda xidmət edən bəzi milli inqilabçı yüksək rütbəli bir sıra hərbçilər orduya məxsus bir neçə hərbi təyyarəni qaçırdaraq, Təbriz şəhəri səmalarında uçaraq Xomeyni hökümətinə gövdə göstərişi edirlər. İran hökuməti Azərbaycanda vəziyyətin getdikcə pisləşdiyini görüb, 1980-ci ilin yanvar ayının sonlarında Ruhullah Xomeyninin əmri ilə İran ordusunun tank birləşmələrini Təbrizə yeridir. Şəhər əhalisinin ciddi müdafiəyəyə hazırlaşdığı bir məqamda, Böyük Ayətullah Şəriətmədari qan tökülməsinin qarşısını almaq üçün müqaviməti dayandırmağa çağırdı. Bir neçə günlük şəhər toqquşmalarından sonra, Xomeyni rəhbərliyindəki fars qoşunları Təbrizə daxil olaraq bütün azərbaycanlı fəalları həbs etdirərək, edama məhkum edir.



    İran inqilabının gözləmədiyi Azərbaycan oyanış hərəkatı və bu oyanışdan doğan hadisələr zamanı ən az yüzlərlə azərbaycan türkü şəhid olur. Təxminən bu prosesləri xatırladan hadisələr 10 ildən sonra Azərbaycanın quzeyində baş verəcəydi və güneydən fərqli olaraq quzey, bu oyanışı uğurla yekunlaşdıracaqdı.
    Ayətullah Seyid Kazım Şəriətmədari isə 1986-ci ildə evində vəfat edir. Xomeyninin xüsusi göstərişi ilə onun vəsiyyəti məhv edilir və gizli şəkildə dəfn olunur

    Toğrul Əmiraslanlı

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...



© 2017 Milliyyətçi Hərəkat