İRAN SEÇKİLƏRİ VƏ TÜRK FRAKSİYASI

    Kategori: Bloq / Siyasət Tarih: 15-04-2017, 17:38
    Bu il İranda keçiriləcək sayca 12-ci prezident seçkiləri digər seçkilərdən çox fərqli atmosferdə keçəcək. Çünki, bu seçkidə İran xalqı yalnız prezidentini yox, görünən odur ki, həm də Ali dini lideri "seçəcək".

    İRAN SEÇKİLƏRİ VƏ TÜRK FRAKSİYASI


    Əslində İran siyasi həyatında oturuşmuş bir sistem var. 1979-cu il inqilabından sonra, Xomeyni və tərəfdarları hər nə qədər ABŞ-a qarşı düşmənçilik etməyə çalışsalar da siyasi həyatda elə ABŞ-ı örnək götürdülər. Ölkədəki siyasətçilər 2 qrupa ayrıldı: eynilə Amerikadakı kimi islahatçı və mühafizəkarlara. Ölkəni idarə etməli olan prezident vəzifəsi uğrunda isə bu qüvvələr mübarizə aparmalı idi. Təbii ki, Ayətullah "şah" taxtına oturmalı idi. İranda bu sistem ilk 2 prezidentin dövründə uğurlu alınmadı. Ali dini liderlə münasibətləri pisləşən və aradan götürüləcəyini bilib, ölkədən qaçan ilk prezident Bənisədri və seçildiyi ildə sui-qəsdə qurban gedən Rəcaini çıxmaq şərtilə, digər 3 prezident - Rəfsəncani, Xatəmi və Əhmədinejad 2-ci dəfə prezident oldu.

    İRAN SEÇKİLƏRİ VƏ TÜRK FRAKSİYASI


    Bəs, Ruhani 2-ci dəfə seçilə bilərmi ?!

    Ruhaninin seçilməməsi üçün elə də ciddi səbəb yoxdur, ancaq maneələr var. Bu seçkilərdə 200-dən çox iddiaçı qeydiyyatdan keçib. Ancaq burada təəccüblənəcək bir şey yoxdur. Bu, həmişə belə olur, sonra o namizədlərdən ən çoxu 5 nəfəri seçkiyə buraxılacaq. Ən güclü iddiaçılar isə Ruhani ilə bərabər ölkənin məşhur siyasi xadimlərindən biri olan, keçmiş baş prokuror İbrahim Rəisi, keçmiş prezident Mahmud Əhmədinejad və onun müavini olmuş Həmid Beqaidir. Bu seçkilərdə əslində 3 siyasi qüvvə - Ruhani, Əhmədinejad və Rəisi iştirak edəcək. Əhmədinejadın planı əslində özünün siyasi cəhətdən ölmədiyini göstərməkdir. Onsuz da, o qeydiyyata alınmayacaq və bunu bilir. Onun keçmiş müavini Beqayinin də seçkiyə buraxılacağına inam azdır. Çünki, bu cənab vaxtilə korrupsiya itihamı ilə həbs olunub. Belə olanda isə o, qeydə alınmış digər bir namizədi dəstəkləyəcək. Təbii ki, bu Ruhani və Rəisi olmayacaq. Əsas məsələ isə mühafizəkarların səsini bölməkdir. Çünki, liderin taprşırığı belədir.

    İRAN SEÇKİLƏRİ VƏ TÜRK FRAKSİYASI


    Hər nə qədər ona seçkiyə qoşulma desə də, səsləri bölmək tapşırığı da gəlib. Çünki, seçkinin qalibi oturuşmuş sistemə əsasən Ruhani olmalıdır. Rəisiyə heç prezidentlik lazım da deyil, çünki bu namizəd də Rəfsəncani vəfat etdikdən sonra, onun yerinə "vəliəhdliyə" hazırlanır. Yəni, ali dini liderin yerinə. Bunun üçün də Rəisi hər şeyi etməyə hazırdır. Hətta Ruhaninin qabağında məğlub olmağa belə. Hər halda qalib gəlib "vəzirin xələtini geyinincə" məğlub olub, "şahın tacını taxmaq" yaxşıdır. Onun seçkiyə buraxılmasında məqsəd isə Rəisinin ictimai nüfuzunu qaldırmaqdir. 2005-ci ildə bu ssenarini Rəfsəncani üzərində də qurmuşdular. Onu Ali dini liderliyə hazırlamaq üçün Əhmədinejadın qarşısında məğlub etdilər, ancaq, ictimai nüfuzu gücləndi.

    İRAN SEÇKİLƏRİ VƏ TÜRK FRAKSİYASI


    Parlamentdəki Türk Fraksiyası üçün bu seçki böyük bir şansdır. Fraksiyanın üzvlərindən biri namizədliyini verə bilərdi. İranı parçalamaq istəyən Qərb mətbuatı dərhal bu məsələni ışıqlandırıb, türk namizədin təbliğatını apara bilərdi. Bu namizəd qeydə alınmasa da ciddi siyasi fərd kimi ortaya çıxa bilərdi. Seçkidən sonra isə türk fraksiyası onların platformasına yaxın olan namizədi dəstəkləyəcəyini bildirə bilərdi və beləliklə də namizədlər məcburi fraksiya ilə müzakirələrə başlaya bilərdi. Bu "bazarlığın" vasitəsi ilə bir çox milli problemlərin həllinə nail ola və İran cəmiyyətinin aparıcı siyasi fiquruna çevrilmək ola bilərdi.

    Zeynal Amralıyev

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.

    Hər millətin onu təcəssüm etdirən bir simvolu, predmeti vardır....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat