Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Kategori: Aktual Tarih: 14-03-2017, 22:32
    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib


    o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü - İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib.
    "Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər. Bununla əlaqədar internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar ediliblər", - deyə məlumatda qeyd olunur.

    Mənbə: APA

    “Novruz mühazirəsi” keçirilib

    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib....

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir"....



© 2017 Milliyyətçi Hərəkat