Yeni nəsil "Milliyyətçi Hərəkat" Təşəbbüs Qrupu yaratdı

    Kategori: Milliyyətçi Hərəkat / Siyasət Tarih: 18-04-2017, 13:36
    Milliyyətçi Gənclər Təşkilatına və ya üst yapı olan,

    Yeni nəsil "Milliyyətçi Hərəkat" Təşəbbüs Qrupu yaratdı


    2015-ci ildə təsis etdiyimiz MİLLİYYƏTÇİ HƏRƏKAT siyasi blokunun təşəbbüs qrupuna ( yaxın gələcəkdə zərurət yarandığı vaxtlarda siyasi partiyaya çevirməyə düşündüyümüz Milliyyətçi Hərəkat Partiyası ) üzv olmaq istəyənlər yaradılmış sayta müraciət edə bilərlər. Üzvlük və qoşulmaq butonu sayta komputerlə daxil olduqda aktiv olur və görünür.

    Bu arada Yeni nəsil milliyyətçi hərəkatımızın media müstəqilliyini təmin etmək və bir çox tələbini ödəmək üçün www.milliyyet.org saytı rəsmən tam şəkildə fəaliyyətə başladı. Sayt xəbər portalı özəlliyini daşımır, ancaq, milliyyətçi hərəkatımızla bağlı önəmli yeniliklər saytda yerləşdirilir. Milliyyəçi qandaşlarımız müxtəlif sahələrdə öz araşdırma, bloq yazılarını saytda yayımlamaq üçün mgt.2012.office@gmail.com e-mail ünvanına göndərə bilər.
    Ən önəmlisi, saytda təşkilatımız haqqında informasiyanı, ianə vermək qaydasını, nizamnamə, əsasnamə və ideoloji fikirlərimizin əks olunduğu bəyannaməni oxuyub tanış ola bilərsiniz. MGT-yə üzvlük proseduruna başlamaq üçün saytımızda ayrıca bölmə vardır. 2015-ci ildə parlament seçkilərində iştirak etmək üçün yaratdığımız və gələcəkdə zərurət yaranarsa partiyaya çevirməyi düşündüyümüz Milliyyətçi Hərəkat siyasi blokunun təşəbbüs qrupuna üzvlük də saytımızda gerçəkləşdirilir.

    Qeyd: Bir daha nəzərinizə çatdırırıq ki , MGT ideoloji bir məktəbdir, Milliyyətçi Hərəkat siyasi bloku isə fərqli olaraq üst yapıdır və gələcəkdə zərurət yarandığı gün partiyaya çevrilməyi nəzərdə tutulmuşdur.

    Müşviq Vəliyev
    Milliyyətçi Gənclər Təşkilatı,
    İdarə Heyyətinin sədri.
    Azərbaycan Milliyyətçi Hərəkatı.


© 2017 Milliyyətçi Hərəkat