Təriqətlər, hücrələrə bölünmüş Türkiyə

    Kategori: Bloq Tarih: 20-04-2017, 00:27
    Referendumdan sonra bir neçə gün araşdırma etdim və maraqlı faktlar ortaya çıxdı.

    Təriqətlər, hücrələrə bölünmüş Türkiyə


    Türkiyədə sünnilərin 4 qolu var. Bunlar Hənəfilər, Malikilər, Şafilər və Hənbəlilərdir. Hənəfilər özü də 5 yerə ayrılır:

    1) Kadirilər (Muhammediye, Galibiler, İcmalcılar, Tillocular)

    2) Rufailər (Çorumi Dərgahı, Mövlud Əfəndi Dərgahı, Maarifilər, Antaki)

    3) Halvetiye (Şabaniye, Cerrahilər, Uşşakilər, İpək yolu, Ticanilər)

    4) Nakşibendilər (İskenderpaşa Cemaati, Erenköy Cemaati, İsmailağa Cemaati, Menzilcilər, Tufancılar, Zilan Cemaati, Nurçular, Süleymançılar, Reyhani Təkkəsi, Haznevilər, Yahyalı)

    5) Digərləri (İhlasçılar, Melamilər, Həqiqətçilər, Hizbül Tahrir, Adnan Hoca qrupu, Mustafa İslamoğlu qrupu)

    Nurçular da özlüyündə bir neçə təriqəti birləşdirir (Yeni Asya, Yeni Nəsil, Yazıcılar, Qırxıncı Hoca, Gülen Cemaati, İşıq Cemaati, Medzehra, Zehra Vakfı, Aczimendiler, Sungur ağabey, Kurtoğlu ağabey).

    Bütün bu təriqətlər 70-ci illərdən 90-cı illərə qədər çox passiv fəaliyyət göstərmiş və seçimlərdə də islamçı (Fazilet/Refah) partiyaya yox, iqtidarda olan partiyalara səs verirmişlər. 90-cı illərdə Erdoğan və onun silahdaşlarına "kafir" deyib, müşrik elan edən bu təriqətlər hal-hazırda AKP-nin militanları halına gəlib. Bunun səbəbi isə AKP iqtidar olduqdan sonra həmişəki kimi iqtidar yanında olub, dövlət və hökümət dairələrinə öz adamlarını yerləşdirmək istəyirdilər. "Menzilcilər" səhiyyə sektoruna, "Yeni Asya" və "Erenköy" mətbuat, "Gülençilər" isə ədliyyə, kəşfiyyat, hərbi sahələrdə daha çox diqqət çəkirlər.

    Bu təriqətlərin çoxusu 70-80-ci illərdə MI6, CIA və MOSSAD tərəfindən yaradılmış və hər zaman da dəstək verilmişdir. Əsasən də AKP-nin iqtidara gəlməsi üçün hər cürə köməkliyi etmişdilər.
    Bu təriqətlərin heç birisi digər təriqətləri sevmirlər. Hər biri də Türkiyə Cümhuriyyətini "Dar-ül Harp" yəni, kafir dövlət kimi görürlər.

    Bu təriqətlər içərisində yalnızca İcmalcılar təriqəti Mustafa Kamal Atatürkü sevir və hörmət edir, AKP-yə ən başından bəri qarşıdırlar və AKP-nin qərb tərəfindən hakimiyyətə gətirilməsini hər zaman açıq-açıq ifadə edirlər. Professor doktor Haydar Baş bu təriqətin başçısıdır.

    "Gülen Cemaati" AKP hökümətini hakimiyyətə gətirmiş və onların 2010-cu il referendumu sayəsində ordu və ədliyyə orqanlarında üstünlüyü ələ keçirmişdilər. AKP hökümətinin Türkiyəni iqtisadi böhrandan çıxarmasını da məhz, "Gülen Cemaati"-nın maddi dəstəyi ilə olmuşdu.

    Bu təriqət və məzhəblər üçün hakimiyyətdə sol, sağ və ya dini iqtidarın olması önəmli deyil. Sadəcə öz mənafelərini və maraqlarını təmin etmək üçün onlardan istifadə edirlər. Çünki, 70-90-ci illərdə ANAP, DSP, HP, MDP və s. sol və sağ partiyalara səs vermiş və iqtidarın yanında olmuş bu təriqətlər, heç vaxt islamçı Milli Selamet/Fazilet/Refah partiyalarına səs verməmiş və hətta onları "kafir" adlandırmışdılar.

    Bu təriqətlərin yaradılması və Türkiyəni gücdən, nüfuzdan salmaq isə kimlərin planıdır? Doğrudan da qərb dairələri Türkiyəni qısqanır? Yoxsa, tərs psixologiya ilə öz işini içdən görür?

    Timuçin Fərid Mirzalı

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Eks-prezidentlər Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək ifadə ediblər

    Bakıda keçirilən V Qlobal Forumun iştirakçısı olan eks-prezidentlər Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək ifadə ediblər....



© 2017 Milliyyətçi Hərəkat