ƏSKİ TÜRKLÜKDƏ TÖRƏNİN XARAKTERİSTİKASI

    Kategori: Araşdırma Tarih: 22-04-2017, 22:28
    Min illərdən bəri gəldiyimiz yolu düşünüb, əcdadlarımızın bizə miras saxladıqları Törəmizə olan inancımızı daim qorumalı,

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI


    ona hörmət etməli, bütün varlığımızla vasitələrdən istifadə etməklə ona sahib çıxmalı, qorumalı və yaşatmalıyıq. Fərdlərin itirəcəkləri olduqca türklüyə yad ünsürlərin daxil olması və yadlaşması sürətlənəcəkdir. Bu səbəbdən Türklük, fərdlərin üzərində mühakimələrin fövqündədir. Daim inkişaf edən zamanın gedişatında öz hökmünü bildirəndir. Törəyə uymaqla türk milləti bağımsız bir dövlət halında təşkilatlanaraq yaşayacaqdır. Törəyə sadiqlik daim yənilməzlikdir. Törə türk həmrəyliyinin zəruri platformasını sağlam sosial mühiti yaratmaqla mümkündür. Ailədə, məktəbdə, ictimaiətdə törənin mədəni, iqtisadi və bilavasitə siyasi baxımından bütövlüyünü öyrənmiş olanlar millətə mənsub olmanın qürurunu hiss edə bilərlər. Türklər dəyər vərdikləri şeylər uğrunda mübarizə aparır və törəyə sadiqliklə, onu tanımaqla türklüyü müqəddəsləşdirir. Türklüyün sərt qanunları, türkləri asan həyatın heçliyindən mühafizə etmişdir. Sərtləşmiş türklüyün ruhu, mübarizənin gerçəkliyini dərk edir. Bu gerçəklik bizi məsuliyyət hissi ilə türklüyün davamlılığını sağlam təməllər üzərində inkişafını təmin etdirəcəkdir. Əks halda milli şüurdan yoxsul fərdlər xəyanət içərisindədirlər.

    1. Sosial-siyasi dövrləşməsi.

    Zaman və məkanın təsirilə iqtisadi, hərbi, elmi-texniki və mədəniyyət sahələrindəki gedişatlarımızı dəyərləndirək. Türklük türk insanının şüurunun ayrılmaz tərkib hissəsidir. İnsanın yaşadığı mühitdə öz məkan şüurunun formalaşmasında fundamental mexanizmlər iştirak edir. Məkan insanın müəyyən şəkillərə düşməsində rol oynayır, onun baxışları, davranış və əməyi ilə məkanı davamlı olaraq dəyişdirir. Bu qarşılıqlı təsir türk insanını zamanın yaddaşına köçürdükcə müvafiq şəkilə salır. Bu tarixi yanaşma türk insanının dünyanı öz mədəniyyəti, təcrübəsi və əzabları vasitəsilə dərk etdirir. Bu dərk etmələr hadisələrin və onları hərəkətə gətirən reaksiyaların təsirilə dəyişilə biləndi. Məkan reallığı türklərin yan keçə bilmədiyi bir məcburiyyətdir. Bu məcburiyyətin təsiri ilə haldan-hala dəyişir. Məkan şüuru- həyat tərzi, məkanı dərk etmək bacarığı və üsulları, sosial-siyasi strukturların qarşılıqlı təsirilə formalaşdırır və özünü təyin edir.
    Türklərin sərhəd tanımayan köçəri həyat tərzi dövlətlərlə yekunlaşırdı. Qurduqları ucsuz-bucaqsız imperiyalar oturaq həyat tərzinə uyğun olmadığı üçün davamiyyətsiz şəkildə parçalandı və dağıdıldı. Oturaq həyat tərzi romantik dövrün sonu kimi qiymətlənməlidir. Atına bağlı olan çöl həyat tərzində yaşayan türklər üçün məkan sonsuzdur. Bu məkan daxilində onlar məsafələr qət edib işğal etdilər. Lakin oturaq tərzlə onlar üzərində işlədiyi, borclu olduğu torpağa bağlandılar. Türklər üçün məkan onların sahəsi, evidir. Torpaqdan ehtiyaclarını qarşılamaq, yurd salmaq, cəmiyyət halında yaşamaqla öz əbədiliklərini qorudular. Torpağa bəsləyən, məhsuldarlıq mənbəyi, canlı varlıq və öldüyündə ona sahib çıxıb bağrına alan a n a kimi baxmışlar. Məkanın müəyyənliyi ilə türklərin istər öz sahəsi olsun, istərsə də ətrafı güclü təşkil olunmaqla, şəxslərin rolu məlum idi. Suni yaşam tərzi olan şəhər həyatından uzaq olmuşlar ki, bu da onların var-dövlət, şöhrət gətirici həyatlarının olmadığını göstərməkdədir. Fəqət tarixin gedişatında, türklərin xarici ünsürlərin təsirilə kənd-şəhər qarşıdurmasında öz təbii, pak və dürüst təsiri şəhərlərin suni korlanmış mühitilə pozulmuşdur. Kənd mühitində yaşadıqca yeganə sərvət insanı yedirdən, geyindirən-hər şeylə təmin edən torpaq olmuşdur. Şəhər mühitində isə məkanın ticarət imkanları ilə müəyyən edilmişdir. Sərvət dövriyyədən artırılır. Dövriyyə isə əlaqə vasitəsi, yollar, bazarlar, yük, pul və insan hərəkətinin nəticəsidir. Kənd həyatı özünü təmin etmə üzərində qurulsa da şəhər mühitində istehsaldan çox satmaq daha vacib olmağa başladı. Tələbi və təklifi qarşılaşdıran vasitə olan şəhər öz tarazlığını yalnız əmtəələrin, xidmətlərin, fikirlərin, təsvirlərin davamlı və sürətli dövriyyəsi ilə saxlaya bilən iqtisadi sistemin hərəkətverici qüvvəsidir. Bu qüvvə onların coğrafi şüurunu inkişaf etdirməklə, məkanın sirlərini açmağa kömək edən alətlər və biliklər vasitəsini formalaşdırıb, gücləndirmişdir.

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI


    Bu biliklər uzun müddətli və səbrli şəkildə nəsildən-nəsilə ötürülmənin nəticəsidir. Məkanın öyrənilməsi milli şüurun bərqərar olmasının iştirakçısına çevrilmişdir. Milli şüur coğrafi biliklərin təsirilə dövlətin yaranmasını təşkil edir. Torpaqla əlaqənin nəticəsində dövlət torpaq üzərində millətin yaşayışını təmin edən bir orqanizmdir. Bu orqanizmdə birini digərindən ayrı təsəvvür etmək olmaz. Coğrafi biliklərlə milli şüur dövlətin siyasi sərhəddini formalaşdırır. Sərhəd dövlətin öz daxilində suverenliyini qoruyur və dərk etdirir. Bununla da suverenlik heç bir ali hakimiyyətə tabeçiliyin olmaması və öz ərazisində yaşayan millət üzərindəki hakimiyyəti ilə bəllidir. Türklərdə ərazi müqəddəsdir və millətə məxsusdur ki, bu da onların həyat tərzləri ilə bağlıdır. Dövlətinə bağlı türklər zamanın gedişatında bütün təsirlərə məruz qaldılar. Fəqət nə torpaqsız, nə də yaşadıqları və qoruduqları torpaq üzərində onları dövlətsiz təsəvvür etmək olmaz. Öz qonşuları ilə aramsız torpaq üzərində gedən mübahisələr də onların təbiətindən irəli gəlirdi. Dünyada güclü bir dövlətin qurulması və söz sahibi olması üçün türklər daim bəlli bölgələrdə xüsusilə, strateji əhəmiyyətli bölgələrdə aktiv fəaliyyətləri ilə tarixdə “Tanrının qırmancı” , “Tanrının ordusu” , “haqq ədalət təmsilciləri” , “insanlığın qoruyucuları” titullarını qazanmışlar. Qurduqları dövlətlər böyük bir coğrafi ərazidə formalaşdırmaqla daimi milli siyasətin yaranmasını təyin etmişdir. Dövlətlərin coğrafiyası sabit və dəyişməz şəkildə, proseslərin davamlı təkamülü ilə onların kimliyini təsdiqləmişdir. Milli kimliyin təsdiqi davamlı təsirlər və təkamüllə qurulan dövlətlərin tarazlığı zamanın gedişatında pozulmuşdur. Pozulma bütövlüyün parçalanması ilə nəticələnmişdir. Bu parçalanma min illərlə türklərin əbədi görünən müddət daxilində həyata keçirdiklərinin mənasını dəyişmişdir. Bu dəyişmə olduqca məhsuldardır, daim reaksiya halında hərəkdədir. Bir dövrdə ayrılan, digər dövrdə birləşir və bir-birlərinə qarışır. Beləliklə də öz həyat tərzində orjinallığını qoruyan türklər, gedən təbii proseslərə sadiq qalmaqla, təbii qanunlara sadiqliklərini bildirmişlər. Həyat tərzlərindəki dəyişiliklərlə təbiət qanunlarının əksinə dəyil, tam parallel olaraq təbiət qanunlarını öz sivil həyatlarında qanunlar toplusunda əks etdirmişlər.

    2. Qanunların əsasları.

    Qanunlar toplusu uzun bir zaman kəsiyində formalaşmış və həyat tərzlərinin sivil qanunlarla çulğlaşmış şəkildə inkişafını təmin etmişdir. Türklərdə dini təsəvvürlərin də qanunlarla həyat tərzinə çevrilməsi, türklərin dünyada öz üzərilərinə düşdüyü missiyanı yerinə yetirməklə həvaləndirilmişdir. Onlar tək olan Tanrının bir bütöv olduğunu və ondan kənarda heç nəyi təsəvvür etməmişlər. Təbiətin Tanrı tərəfindən qoyulmuş qanunlarına “Harda olursan ol o səninlədir və hər şey bir-birindən asılıdır” , “O sanki səndədir sənsə onda” , “ nə birsən nə ayrı, istədiyin qədər yaxınlaşsan da çata bilmirsən” , “Onun sonsuz gücü və azadlığıdır ki, o bir anda hamıya bir nəsnəyə, eyni anda hər nəsnəyə göz qoyur” , “o təkdir gözlə görünmür”. İnsanlar həyatda öz missiyalarını başa vurmaqla keçirirlər. Türklər özlərini ədalətin təmsilçisi kimi tanıyıb görməklə, Tanrının ordusunu sərt qanunlar ilə formalaşdırmışlar. Bu qanunlar Törə -əsası 8 maddəlik formadadır.

    Konsept:

    1. Ədalətin təmsilçisi Türk olandır. Türk soy-kökünün üstünlüyünə inanandır.
    2. Türklük bir inancdır. Hər biri kəs bu inancın savaşçısıdır.
    3. Türk həyatını törə ilə yaşamalıdır.
    4. Türk yaltaq deyildir. Fani dünyanın heçliyinə düşkün olmayandır. Nəfsinə sahip olandır.
    5. Türk vəzifə əxlaqını biləndir.
    6. Türk mənfəətləri şəxslərdən üstün tutmalıdır.
    7. Türk dövlətçiliyə sayğı göstərməlidir. Səhf edənləri bağışlamamalıdır.
    8. Türk yasalarla davamiyyətli yaşamalıdır.

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI



    Bunlar Törənin hafizəsini təşkil etməkdədir. Beləliklə, Törə türk sosial, siyasi, hüquqi, elmi, mədəni həyatını nizamlayan normalar bütünüdür. Bu normaların Türk insanlarının qüvvətinə böyüklüyünə inanmağına, yüksək vəzifə duyğusunun formalaşmasına, dövlət xidmətində və insanlara münasibəttə, millətə xidmət və hörmət hissinin aşılanmasında əsasdır. Törənin hafizəsi davranış və təşkilatlanmalarda zamanın qüsursuzluğuna və gələcəklə əlaqəli hədəf bəlirlənməsində gələcəyin qurulmasında vacibiyyətdir. Bu vacibiyyətin pozulması bölücü ideologiyalara və təfəkkürlərə yol açması ilə türklüyün yox olmasına gətirib çıxara bilər. Törə xalqdan və dövlətdən qaynaqlanır. Dövlət isə bəylərin qurultaylarında və xaqanın verdiyi qərarlardan təşkil olunur.

    Dövlət qanunlarının təməli 4-dür:

    1. Kişilik ( insanlıq şəxsiyyət )
    2. Tüzlük ( bərabərlik )
    3. Üzlük ( faydalılıq )
    4. Könilik (ədalət )

    Xalq içərisində formalaşan qərarlar yosundur. Yosunlar min illik yaşam tərzindən sonra qüvvəyə minməklə yasaya çevrilmişdir. Bəylərin qurultaylarında alınan qərarlar isə tüzükdür. Tüzük qanunların bəlirləndiyi yol dəməkdir.

    Qanunların qərara alındığı qurultaylar ildə 3 dəfə keçirilir:

    1. İlin birinci ayında Kağan sarayındakı mərasimdə əsas dini məsələlər və qəbilə münasibətləri müəyyənləşirdi.
    2. İlin beşinci ayı böyük qurultay çağrılırdı. Qurultaya gəlməyən Kağana üsyan etmiş sayılırdı. Dini mərasimlə başlayardı və idarə məsələləri müzakirə olunurdu.
    3. İlin doqquzuncu ayı olan qurultay savaş və sayım adlanırdı. Dini mərasimlə başlamaqla daha sonra idarə hərbi məsələlər, əsgər və at sayımı olurdu.

    Bütün qurultayların qərarları ilə Kağan hesablaşmaq məcburiyyətində idi. Qurultayın Kağanı dəyişdirmək və seçmək hüququ vardı. Kağan idarə etmək hüququ olan seçkin ailədən olurdu. Bu ailənin bütün üzvlərinin idarə etmək hüququ vardı. Beləliklə, bütün ailə üzvləri idarə etmədə iştirak edirdi və Kağan hakimiyyətin bölüşdürməklə yanaşı idarə etməyə qarışmırdı. Qərarları olan yasalarla dövlətin idarəsində birləşdirici funksiyanı yerinə yetirirdi. Törə qarşısında hər kəsin boynu qıldan incədir. Onu pozmaq vətənə və millətə xəyanət dəməkdir. Törədə hakim ailənin üzvləri olan tiginlər də 9 suça qədər möhlət vardı. Törə gərəyincə hər kəs bərabərdir. Bu isə insanların azadlığının təminatçısıdır. Törədə bütün dinlərə hörmət mütləqdir. Bununla da Tanrının nəməti olan təbiətin ətraf mühitin qorunması vacibdir. Törə ilə dində fal qadağan idi. Zina qadağandır. Kişi idarə edə biləcəyi qədər qadınla evlənirdi. Törədə ailə mal mülkü bütün üzvlərə bərabər paylanmalı idi. Böyüklərlə məsləhətləşmədən iş görmək düzgün qəbul olunmurdu. Törə əhalinin hərbi hazırlığının təmin edilməsi üçün tez-tez ova çıxma yasaları vardı. Bütün bunlardan anlaşılır ki, türklükdə törənin kökü və dinamikliyi ailə nizamı ilə bağlıdır. Ailə bu bitib tükənməyən enerjinin qaynağıdır.

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI



    3. Qanunların icrası.

    Törə gərəyincə toplanan qurultaylarda əsasən soylu ailələr iştirak edirdi. Qurultay hökmdarın qərargahında ildə 3 dəfə keçirilirdi. 1, 5, 9-cu ayların beşinci günü baş tuturdu. Tabğac dövlətində Xəzər dövlətində(ixtiyarlar məclisi), Peçənəklərdə (koməntən), Dunay Bulqarlarında (Milli Məclis), Oğuzlarda (Tirkek-dəmək danışmaq ) kəngeş toyu adlanan məclisləri vardı. Oğuzlarda bu məclisin xüsusiyyəti qonaq gəlinən evin yağmalanması ilə seçilirdi. Buna xanı yağmalamaq deyilirdi. Buradan aydın olurdu ki, Oğuzlarda məclisə xalq da gəlirdi. Xaqan özünə bağlı bəyləri okucu-larla ok göndərməklə qurultaya çağırırdı. Qurultaya çağrılana toyqun deyilirdi. Qurultaya xaqanın xanımı (katun) xaqan Ayguci və ya Üge xanın oğlanları və buyruklar, şadapıt, apa, erkin, tudun, ilteber bəyləri çağrılırdı. Katun xaqanın əsl xanımı idi və mütləq türk olmalı idi. Dövlət işlərində söz sahibi idilər. Ayguci (Üge) qəbul olunan qərarların tədbiq olunmasına cavabdeh idi. O, xaqan olmadıqları vaxt qurultayı idarə edirdi. Buyruqlar dövlət adamları idilər. Qurultay daxili xarici məsələləri hərbi məsələləri yəni qanunların qəbulu ilə bağlı məsələləri müzakirə edirdi. Qurultayların mühakimə hüququ yoxdur çünki, gec-gec toplanırdı və böyük məsələlər həll olunurdu. Mühakimələr Yarğan (Yarğıc) tərəfindən müstəqil bir qurum olaraq xaqana tabe idi.

    Əhalinin toylarda qəbilə təşkilatlanmalarında şəxslərin mövqeyi olaraq UrunÜlüş sistemi ilə müəyyən olunurdu:

    Urun –mövqe mənasındadır. Bəlli qəbilənin üzvlərinin məclislərdə oturması ilə müəyyən olunurdu.
    Ülüş –pay adlanırdı. Məclisdə hər ailənin və kişinin yeməyin ona düşən payı və döyüşlərdə alınan qənimətlərdəki payının nə olduğu şəklində düzənlənirdi.

    Bu sistemlər dövlətin təşkil olunmasında vacib idi. Xalqa xidmət özü haqqa xidmətdir. Törəyə uymadan kut alınmaz. Tanrı izni vərilmədən olmazdı. Törəyə uymadan türklükdə sosial bir dövlət qurula bilməz və törə gərəyincə haqqı vərilməyən insan dövlət dəyərlərilə yaşaya bilməz. Törənin sistemi sosial əsaslar üzərində qurulmalıdır. Törə bütün hallarda dövlətdə hakimiyyəti bölüşdürür. Beləliklə xaqan öz hakimiyyətində Törəyə əsasən yasalar verir. Yəni xaqan Törəni təmsil edər və ona uyması gərəkən birinci şəxsdir. Törə Tanrı qanunlarının bu dünyadakı göstəricisidir. Törəyə uymayan xaqan o biri dünyada da rahatlıq tapmayacaqdır. Törənin gərəyincə dövlət işləri sınaqdan çıxmış idarə edicilik qabiliyyəti olan vəzifəsini bilən şəxslərə vərilməlidir. Bu şəxslər məsləhətləşmələrdən sonra seçilməlidir. Çünki məşvərət paylaşmanın əsası gücün bölüşdürülməsidir. Xaqanın vəziri (qələmi), subaşısı (ordu komandanı), elçisi (yalavac-xarici işlər köməkçisi), Xəzinədarı, Yarqıç (hakim) və mühtəsib (daxili işlər ) köməkçiləri ilə hakimiyyət bölünürdü. Hökmdara dürüst və inanılmış biri vəkalət etməli idi. Törə gərəyincə Xaqan öz köməkçilərin müəyyən müddətdən sonra dəyişməlidir. Beləliklə də Xaqan xalqı qorxu ilə deyil, ədalət, sayğı və anlayışla idarə etməlidir.

    Yəni Törə idarə edilənlərlə edən arasındakı qarşılıqlı öhdəlikləri təmin edir:

    1. Hökmdara xalqın öhdəliyi –xalq əmrlərə şərtsiz hörmət edir, yerinə yetirir, xəzinə haqqını vaxtı-vaxtında ödəyir, dostuna dost, düşməninə düşmən deyir.
    2. Hökmdarın xalqa olan öhdəliyi –pul nizamını qorumaq, qanunların aliliyi prinsipi, ölkədə daxili sabitliyi qorumaqdır.
    3. İdarə edicilər xalqa –təziq etməməlidirlər eynilə də bu kimi təhdidlər varsa onu aradan qaldırmalıdırlar. Məmləkət insanları dürüst olmalı və məmləkətə sadiq olmalı qarışıqlıq günlərdə özünə və özlərinə diqqət etməlidirlər.

    Törənin atalar sözləri şəklində görüntüsündə belə deyilir:

    1. Bəy düz olsa, xalq da öz özlüyündə düz olacaqdır.
    2. Baş hara, xalq da ora.

    Bu formada olmadığı müddətcə Törəyə əsasən xalq xaqanın dəyişəcəkdir. Türklər heç bir vaxt xaqanın öldürməz fəqət üzərinə düşən öhdəliyini yerinə yetirməzlər. Beləliklə, xaqan gücsüzləşər. Xaqanın idarə metodu mütləq elmə əsaslanmalıdır. Elm ilə millətə rifah gətirəcəkdir. Bu göstərici bildirir ki, dinlə dövlət bir yerdə ola bilməz. Çünki din və dünya bir-birindən ayrıdır. Bir-birlərinə qarşıdır. Birləşdirilməsi gücdür. Beləliklə din, dövlət tərəfindən zorlana bilməz onun üçün şərait hazırlamalıdır. Din yalnız içtimai həyatda dövlətə dəstək olmalıdır. Din adamı dövlət işlərinə qarışarsa onun təbiəti getdikcə pozular fəlakət gətirər. Törə gərəyincə dövlətdə qanun dəyişən şərtlərə təmayüllərə görə qoyulur. Sabit deyildir. Yürürlüyündən asılıdır. Törə türklükdə fərdlərin yetişməsini vacib saymaqdadır. Türklükdə fərdlərin yetişməsini yaşayış tərzi formalaşdırır.

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI



    Çöl qanunlarının sərtliyi həyat tərzinin fundamentidir:

    1. Hərbi təhsil –vəzifəsini öyrənmək disiplin yüksək itaətkarlıq qonşu millətlərdən (dövlətlərdən) xəbərdar olmaq ayıq-sayıqlıq və vəzifəsini son ana qədər yerinə yetirməkdir.
    2. Təsərrüfatçılıq –atçılıq, mal-qara saxlamaq, əkinçilik (atın əhəlləşdirilməsi, onun döyüşdə istifadəsi üçün yetişdirilməsi, sürülərin otarılmasında mövsümə uyğun hərəkət ) coğrafiyanı bilməklə, öz ərazisini yaxşı tanımaq biologiyanı bilməklə sürülərin otlaq üçün otların təyini, ferma təsərrüfatçılığı, əkin üçün yararlı torpaqların seçilməsi, əkin üçün suvarma sistemlərinin qurulması, əkin alətlərinin hazırlanması, istifadəsi, əkin məhsullarının yığımı, saxlanması, dəyirmançılıq.
    3. Sənət öyrənilməsi –dəmirçilik öyrənilməsi, silah istehsalı, toxuculuq, xalçaçılıq, mədənçilik, alətlərin istehsalı.
    4. Geopolitik dəyərlər –türklər yer üzünü Tanrının hədiyyəsi kimi vətən olaraq görürlər. Bütün dünya millətlərinin onların təbəəliyini qəbul etmələri, türk ordusunun tanrının ordusu olmasına və ədalətin təmsilçisi olmasına inam.
    5. Doğum Artım –türklərdə hər ailənin övladı olması prinsipi vardır. Övladlarını qız oğlan deyə ayırd etməzlərdi. Övlad doğulandan ad-san qazananadək onun ailəvi adı obada bilinmirdi. Ad-san qazandıqdan sonra oba ayrıca məclisdə ona ad verirdi. Övladlarını döyüşçü ruhunda yetişdirirdilər. Qız övladına anaç Oğlan övladına ataç dəyə çağırırdılar.

    4. Mədəni tərz.

    Törədə fərdlərin yetişdirilmə mərhələləri keçid mərasimləri ilə təyin edilirdi. Keçid mərasimi insanın antoloji və sosial mərhələlərinin dəyişməsinin xüsusiyyəti ilə bağalıdır. Bu mərasim təhlükələrin və xəstəliklərin asanlıqla dəf edilməsi üçün xüsusi bir qoruyucu mexanizmdir. İnsan həyatının doğum səlahiyyəti (bialoji sosial) və ölüm etapları olsa da keçid mərasimi mexanizmi doğum düşüncəsi altındadır. Yəni təzə bir həyata keçid kimi anlaşılmaqdadır. Bu anlayış təbiət dünyası və insanlar dünyası öz dünya və xarici dünya təsəvvürlərindən (anlayışından) bəhrələnmişdir. Keçid mərasiminin rəmzi rəngi ağ və bozdur. Doğum ölüm evlənmə zamanlarındakı mərasimlərdə gəniş istifadə olunur. Bir fərdin səlahiyyəti mərasiminin yəni fərdin ər olması üçün döyüşə girməli qəhrəmanlıq etməli qənimətlə qayıtmalıdır. Ən əsası isə bir ərin qılınc qurşanma mərasimidir.

        ƏSKİ TÜRKLÜKDƏ  TÖRƏNİN   XARAKTERİSTİKASI


    Kəmər bağlamaq səlahiyyət əlamətidir və mərasimi iki mərhələdə keçirilir:

    1. Bala –yəni, bəzi haqlardan məhrum olan üzv (Bal –qurd sürüsü, hələ yetişməmiş üzv mənasındadır).
    2. Börü –bütün haqlara sahib üzv (Börü –qurd, qurd oğlu dəməkdir; boz qurd dərisi geyməklə, yetişmiş hüquqlar almışdır ).


    Qılınc qurşanmaq törəni eynilə taxta çıxma törəninin sonudur. Bu qurşanma əskidən qalma halqanın pis ruhlardan qorunmaq əlamətidir. Bütün kamlar kam olmadan öncə ruhlar tərəfindən yənidən doğulurdu. Kam daha sonralar Kaan-Han dəyişməsilə günümüzdə Xan-Xaqan olmuşdur. Kaan-Han seçilərkən onu mərasimlə keçə üzərinə oturdurdular və boynuna ip atıb soylu bəylər tərəfindən boğulduğu ana qədər sıxır və ona sual verilirdi ki, o nə qədər Han olmaq istəyir deməyini istəyirdilər. Han neçə il dəsə o qədər hakimiyyətdə qalırdı. Bəzi vaxtlarda Han adayı atla çapırdı və yerə yıxılardısa onu keçə üstündə əhalinin üçündə taxta çıxarırdılar.

    Gündüz Sadiqov


© 2017 Milliyyətçi Hərəkat