Cəmiyyətimizin ən yüksək əxlaqi şüur forması

    Kategori: Sosial Tarih: 26-04-2017, 13:01
    Gənclərdə mənəvi tərbiyənin formalaşdırılmasından danışmazdan əvvəl onun ( mənəvi tərbiyənin ) mahiyyətini izah etmək lazımdır.

    Cəmiyyətimizin ən yüksək əxlaqi şüur forması


    Hər hansı anlayışı aydın təsəvvür etmədən onun haqqında fikir söyləmək və onu başqalarına aşılamaq çətindir.
    Mənəvi tərbiyə bütün müsbət əxlaqi keyfiyyətləri əhatə edən anlayış kimi çox genişdir. Hər şeydən əvvəl bir cəhətə nəzər salmaq lazım gəlir ki, mənəvi tərbiyə və əxlaqi tərbiyə bir-birini əvəz edən termin kimi işlədilir. Bunun nəticəsidir ki, rus dilində olan “nravstvennoe vospitanie” termininin dilimizdə bəzən əxlaq tərbiyəsi, bəzən də mənəvi tərbiyə kimi işlədilməsi bir növ dolaşıqlıq yaradır.
    Ensiklopediyalarda, lüğətlərdə, pedaqoqların əsərlərində bu anlayışların izahından aydın olur ki, bu anlayışlar bir-birinə yaxınlığı görünür ancaq, təcrübə göstərir ki, bu anlayışlarda yaxınlıq olsa da, biri digərini tam əvəz edən deyil. Əxlaqi tərbiyə anlayışı mənəvi tərbiyə anlayışına nisbətən daha konkret anlayışdır və mənəviyyatın zənginliyi zəminində formalaşır. İnsanın mənəvi cəhətdən yetkinliyi əxlaqının formalaşmasında böyük rol oynayır. Estetik tərbiyə əxlaqi tərbiyənin bir tərkib hissəsidir. Yəni estetik tərbiyə bir anlayış kimi əxlaq tərbiyəsinə daxil deyil, lakin insanların estetik duyumu onun mənəvi zənginliyinin nəticəsi kimi qiymətləndirilməlidir, yəni komponentlərindən biridir. Təbiətə və cismani hadisələrdə mövcud olan tənasüblüyə, ahəngdarlığa insan əməyinin gözəl nəticəsinə estetik münasibət göstərməyi bacarmayan bir adamın əxlaqında, hərəkət və davranışlarında nöqsan olmaya bilər, ancaq onu mənəvi cəhətdən inkişaf etmiş biri kimi hesab etmək çətindir.
    Mənəvi zənginlik, mənəvi inkişaf, əxlaqi şüurun, əxlaqi keyfiyyətlərin yaranmasında istiqamətdir, daha doğrusu, əxlaqi keyfiyyətlərin formalaşması prosesidir. Buradan da aydın olur ki, mənəvi tərbiyə və əxlaq tərbiyəsi anlayışlarını qeyd-şərtsiz eyniləşdirmək və bir məsələ kimi izah etmək düzgün deyil. İstər-istəməz düşünürsən : əgər həmin anlayışlar eyni şey olsaydı, onların ahəngdar surətdə inkişaf etdirilməsinə də ehtiyac qalmazdı. Lakin onu da nəzərdən qaçırmaq olmaz ki, hərtərəfli inkişaf etmiş insan üçün bunların ahəngdar surətdə birləşməsi vəhdətdə olması vacibdir.
    Mənəvi tərbiyənin inkişafında biliklərin əqidəyə çevrilməsində təhsilin üzərinə daha ciddi vəzifə düşür. Bu onunla izah olunur ki, gənclər elmlərin əsasında məktəbdə yiyələnirlər. Məktəblilərin öyrəndikləri biliklərdə əməli fəaliyyətin vəhdəti nəticəsində mənəvi zənginliyə sahib olurlar. Gənclər təlim materiallarının məzmunu və məktəbdə keçirilən müxtəlif tədbirlər vasitəsilə mərdlik, mübarizlik, qorxmazlıq, vətənə sədaqət, əməksevərlik, döğruçuluq, düzlük kimi mənəvi keyfiyyətlərin mahiyyəti ilə tanış olur, tarixə, ictimaiyyətə, ədəbiyyata aid materiallarda bunların parlaq nümunələri ilə qarşılaşır və onların özləri üçün əsas meyar hesab edirlər.
    Əməli fəaliyyətlərini rəftar və davranışlarını belə nümunələr əsasında təhlil etməyə, qüsurları aradan qaldırmağa, yaxşı cəhətləri isə inkişaf etdirib möhkəmləndirməyə çalışırlar. Gənclər mənəvi tərbiyənin komponentlərini nəzəri cəhətdən öyrəndikcə, təlim materiallarında onlara aid numunə tapdıqca ona dərindən inanırlar. Əlbəttə tərbiyə işində bu olduqca mühüm amildir və öyrədilən biliyin əqidəyə çevrilməsinə yaxından kömək göstərir. Xüsusi tələb kimi gəncləri əməli işə sözün geniş mənasında həyata hazırlamaq üçün tədris prosesini mənəvi tərbiyə ilə get-gedə daha dolğun şəkildə əlaqələndirmək lazımdır. Bu isə gənclərə nəinki “ kim olmalı? “ sualına cavab verməkdə, hətta daha əhəmiyyətli olan başqa bir suala “ nə cür insan olmalı? ” sualına cavab tapmaqda kömək etmək deməkdir.
    Tərbiyənin formalaşması uzunsürən prosesdir. Gənclərin mənəvi tərbiyəsinin vəziyyətini öyrənmək üçün bu gün ilə kifayətlənmək olmaz. Ölkəmizin tarixinə, xüsusilə də sınaq illəri kimi diqqəti cəlb edən dövrlərə də nəzər salmaq lazım gəlir. Hər bir insan xarakter xüsusiyyətləri ilə fərqlənir. Çalışqan olmaq, vətənin keşiyində dayanmaq, yeri gəldikdə onun yolunda canından keçmək və başqa kimi mənəvi keyfiyyətlər ölkəmizdə yaşayan hər bir vətəndaşın xarakterini müəyyən edən əlamətlərdir. İnsanlarda bu mənəvi keyfiyyətlər demək olar ki, təhsil dövründə formalaşır. Yeni nəslin zəngin mənəviyyatlı insan kimi formalaşmasında təhsil xüsusi rol oynayır.
    Xalqımız üçün sınaq dövrlərindən biri müharibə illərində qazanılan təcrübədir. Müharibə illərində insanların mənəvi zənginliyi özünü tam aydınlığı ilə göstərir. Ölüm-dirim mübarizəsində iştirak edən vətəndaşlar üçün vətəndən əziz heç nə olmamış və onu müdafiə etməyi özləri üçün şərəf saymışlar.
    Hər bir yeni nəslin üzərinə düşən öhdəliklər mövcud olduğu kimi biz, yeni nəsil vətəndaşların da üzərinə yüksək vəzifə icrası düşməkdədir. Vəzifəmizin nədən ibarət olması və onun həyata keçirilməsi üçün nələrdən keçə biləcəyimizi dərk etmək, bizim əxlaqi keyfiyyətimizdən asılıdır. Hər bir halda hər bir gənc dərk edir ki, yeni nəsil kimi üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmaq, cəmiyyətimizin əxlaqi şüur prinsiplərinə yaddır. Çünki bizlərin bu vəzifədən fərdiyyəçiliyə qapılaraq yayınmağımız, cəmiyyətimiz və keçmiş tarixi yaşamımız qarşısında bir cinayətdir. Müharibə dövrləri cəmiyyətimiz üçün bir sınaq dövrü olduğu kimi eynilə də cəmiyyətlər, xalqlar yarışında ölkəmizin inkişaf edib, layiqli yer tutması üçün də olan mübarizə də bir növ sınaq dövrüdür. Belə bir dövrdə boş duran hər bir vətəndaş, çalışqanlığa və xalqımızın milli qalxınma prosesinə zərbə vurmaqdadır. Əlbəttə ki, hər bir vətəndaşın davranışı onun şəxsi xarakterindən asılıdır. Ancaq cəmiyyətimizin mübarizliyinin əxlaqi normalarına nəzər salsaq görərik ki, ölkəmiz üçün çalışmaq insanlarımız tərəfindən yüksək əxlaqi bir dəyərə sahibdir. Hər birimiz bu kimi yüksək əxlaqi dəyərə sahib olmaq üçün çalışmalıyıq. Unutmamalıyıq ki, bu çalışqanlığımız ümumilikdə cəmiyyətimizin inkişafında, vətəndaşların əxlaq səviyyəsinin zənginləşməsinə xidmət etməkdədir. Əgər tarix boyu xalqımızın formlaşdırdığı çalışqanlıq əxlaqını mənimsəmiş vətəndaşlar kimi çətin günlərimizdə çalışmırıqsa, cəmiyyətimizin inkişafına dəstək olmaq istəyən quruplarda təmsil olunmuruqsa, bu bəşər tarixinin yaratdığı bütün növ insani əxlaq çərçivələrinə belə uyğun deyildir.
    Toplum üçün çalışmaq yüksək əxlaqi keyfiyyət olduğu kimi, toplumu bölməyi hədəfləyən quruplarda və mövqelərdə də olmaq cəmiyyətin ən pis əxlaqsız prinsiplərindən biridir. Əxlaq birlik üçün çalışmaq, birliyin topluma verəcəyi faydaları əhatələdiyi halda, təhsil səviyyəsi heç bir mənəvi zənginlik yaratmayan, şəxsi xarakterlərə əsaslanan fəaliyyət normaları da toplumu bölür və insanların düzgün davranış formalarına zərərli təsirlər edir. Əlbəttə ki, toplumun inkişafı təhsilli, mənəvi zənginliyini artıran fəaliyyətlərin davamlı olmasında olduğu kimi, zərərli fəaliyyətlərin də sonunu gətirəcəkdir. Bu baxımdan hər gün, hər vasitə ilə ən yüksək əxlaqi keyfiyyət olan, toplum-cəmiyyət üçün çalışmaq hər bir yeni nəsil vətəndaşımızın üzərinə düşən bir öhdəlikdir.
    Daha sağlam gənclik, daha sağlam gələcək, daha sağlam dövlətçilik , yüksək rifahlı insanlarımız üçün daim çalışmaq gerçək milli vəzifələrimiz sırasındadır. Bu vəzifəmiz üçün çalışmaq, eynilə də topluma-birliyimizə qarşı zərərli fəaliyyətlərin də sonu deməkdir.


    Gündüz Sadiqov

    Kredit sistemi

    Kredit Sisteminin fəlsəfi konteksdə analizi....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat