Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Kategori: İqtisadiyyat Tarih: 15-03-2017, 12:38
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib


    Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi Qaydaları”nı təsdiq edib.
    Bu qaydalar Naxçıvan ərazisində Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına icazə verilməsi qaydasını müəyyən edir.
    Qaydaya əsasən dövlət mülkiyyətində olan Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə rejimi Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilir. Dövlət mülkiyyətində olan Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan əmtəə nişanı kimi istifadə oluna bilməz. Əmtəə nişanı dedikdə, sahibkarın əmtəələrini və ya xidmətlərini digər əmtəələrdən və ya xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması başa düşülür. Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr əsasında əmtəə nişanları yaradıla bilər. Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə dedikdə, həmin ad və işarələr əsasında yaradılan əmtəə nişanlarının aid edildikləri əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə, reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, sərgi və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi nəzərdə tutulur. Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr dedikdə, "Mədəniyyət haqqında" qanunda göstərilən mədəniyyət sərvətləri nəzərdə tutulur. Naxçıvan ərazisində Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verilir.
    Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələr əsasında hazırlanmış əmtəə nişanından istifadə etmək istəyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxs ərizəni və aşağıda göstərilən sənədləri təqdim edir:
    - əmtəə nişanının eskizi;
    - əmtəə nişanından istifadə edilməklə istehsal olunan məhsulun və ya xidmətlərin siyahısı.
    Bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Qeyd olunan adlar və xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə dair müraciətə 10 gün müddətində baxılır və Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş ekspert rəyindən sonra istifadəçiyə 10 gün ərzində müvafiq icazə verilir. Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadə olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilməyə bilər.

    Mənbə: APA

    Donbas separatçıları Rusiyaya daş kömürü ixrac etməyə başlayıblar

    Ukraynanın şimalındakı qondarma “Donetsk Xalq Respublikası” separatçı rejimi Rusiyaya daş kömürü ixrac etməyə başlayıblar....

    “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdirib

    Apasport.az saytının məlumatına görə, çempionatın sonuna 6 tur qalsa da, ilk “üçlük”dəki komandalardan biri yerini təmin edib....

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...

    “Novruz mühazirəsi” keçirilib

    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib....



© 2017 Milliyyətçi Hərəkat