İRAN SEÇKİLƏRİNDƏ İSLAHATÇI-MÜHAFİZƏKAR QARŞIDURMASI

    Kategori: Siyasət Tarih: 3-05-2017, 02:15
    İranın 12-ci prezidentinin seçiminə cox az vaxt qalıb. Artıq namizədlərin təbliğat kompaniyasına start verilib.

    İRAN SEÇKİLƏRİNDƏ İSLAHATÇI-MÜHAFİZƏKAR QARŞIDURMASI


    Aprelin 28-də başlanan bu mərhələ mayın 17-i başa çatacaq. Mayın 19-da isə ölkədə seçkilər keçiriləcək. İranlılar prezidentlə bərabər yerli özünüidarə orqanlarının üzvlərini də seçəcəklər. Ali Nəzarət Şurası prezident seçkilərinə 6 namizədi buraxıb ki, bununla da İran siyasətindəki islahatçı-mühafizəkar qruplaşması ortaya çıxıb. Belə ki, şura seçkilərdə müraciət edilən 1636 nəfərin içindən 36 nəfəri cəmiyyətin tanınmış şəxs idi. Cəmi 6 namizəd qeydiyyatdan keçdi. Gözlənildiyi kimi eks-prezident Mahmud Ehmednejdat və onun keçmiş müavini Hemid Beqayi qeydə alınmadı. Ehmednejdat cəbhəsi heç bir namizədi dəstəkləmədiyini bəyan etsə də onun Tehranın meri Qalifabi dəstəkləyəcəyi iddia edilir. Beləliklə şura mühafizəkar-islahatçı balansını qoruyaraq 6 namizədi qeydə aldı. Bunlardan 3-ü mühafizəkar, 3-ü reformisdir.
    Namizədlər isə bu şəxslərdir:

    - 1. Hazırkı prezident islahatçı Həsən Ruhani.
    1948- ci ildə anadan olub. Rəhbəri olduğu Mötədil və İnkisaf Partiyası tərəfindən dəstəklənir.
    - 2. Mühavizəkar Mehemmedbagir Qalibaf.
    1965-ci ildə anadan olub. 2005-ci ildən paytaxt Tehranın meridir. Bundan əvvəl 2004 və 2013-cü ildəki seçkilərə qatılaraq məğlub olub. İİKK-SEPAH-ın keçmiş komandiridir. Qeyri-rəsmi formada SEPAH tərəfindən, rəsmi formada isə lideri olduğu İnkisaf və Ədalət Partiyası, həmçinin İslam inqlabı Qüvvələrinin Xalq Cəbhesi tərəfindən dəstəklənir.
    - 3. Mühafizəkar İbrahim Reisi.
    1960-ci ildə anadan olub. Ölkənin keçmiş Baş Prokurorudur, hazırda isə Məşhəddəki İmam Rza Ziyarətgah Kompleksinin rəhbəridir. Qeyri-rəsmi formada Ali Dini Lider tərəfindən, rəsmi şəkildə isə Mübariz Rühanilər Cəmiyyəti və CEMNA Bloku tərəfindən dəstəklənir.
    - 4. İslahatcı İshaq Cahangir.
    1958-ci ildə anadan olub. Ölkənin hazırkı vitse-prezidentidir. Quruculuq İslahatçılar Partiyası tərəfindən dəstəklənir.
    - 5. Mühafizəkar Mustafa Mirsəlim.
    1947-ci ildə anadan olub. Keçmiş Mədəniyyət naziridir. Sədri olduğu İslam Koalisiyası Partiyası tərəfindən dəstəklənir.
    - 6. İslahatçı Mustafa Haşimetebba.
    1946-ci ildə anadan olub. 2001-ci ildəki seçkilərə qatılıb 10 namizədin sırasından sonuncu yerə çıxmışdı. Yaşıl Hərəkatın lideri Mirhüseyn Musəvinin yaxın tərəfdarıdır. Quruculuq İcraçılar Partiyası tərəfindən dəstəklənir.

    Bu arada seçkilər üçün önəmli hesab edilən ilk tele-debat keçirilib. Tamaşaçılar gözlədikləri kimi Ruhani-Reisi qarşıdurmasına şahid olmadılar. Digər güclü namizəd olan Qalibaf da güclü performans göstərə bilmədi. Gecənin parlaq lideri isə Ruhaninin müavini Cahangiri oldu. O digər namizədlərdən fərqli olaraq həm hökuməti ittiham edən Qalibafı tutarlı dəlillə susdurdu, həm də konkret olaraq öz proqramından danışdı. Keçirilən son anketlərdə Cahangirinin nüfuzunun artdığı göstərilir. Ancaq yenə də Ruhani gedir. Həqiqətən çox maraqlıdı görəsən növbəti mərhələdə Ruhaninin hələ tam olmamış ayı, Cahangirinin ulduzunun qabağını kəsə biləcəkmi ?

    Zeynal Amralıyev


    .

    İranda prezident seçkiləri yaxınlaşır

    Prezident seçkilәrinә az qalmış ölkәdә siyasi mühit gәrginlәşmәkdәdir. Namizәdlәrin qeydә alınması prosesi davam etsә dә, siyasi çәkişmәlәr pik nöqtәyә çatır....

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...



© 2017 Milliyyətçi Hərəkat