Səlahəddin Əyyubi türk olub, yoxsa kürd ?

    Kategori: Araşdırma Tarih: 21-05-2017, 23:39
    Uzun müddət davam edən Səlahəddin Eyyubinin kimliyinin müzakirəsinə tarixçi Bülənt Gürzəli öz yazısı ilə son qoyub.
    Kürdçülərin irəli sürdükləri iddiaların nə qədər absurd və yalan olduğunu göstərən bu tarixi faktlar Bülənt Gürzəlinin yazısından bir hissədir.

    Səlahəddin Əyyubi türk olub, yoxsa kürd ?


    Səlahəddin Əyyubi türkdür, yoxsa kürd?

    “Səlahəddin Əyyubinin kimliyi uzun müddətdir tarixçilərin müzakirə obyektinə çevrilib. Səlahəddin Əyyubi kimdir, türk, ərəb, yoxsa kürd? Bu məsələ ətrafında çox sayda araşdırmalar aparılıb. Ancaq aparılan araşdırmaların əksəriyyəti elmi səviyyədə deyil. Çünki araşdırmaçıların ağlında nəticə artıq bəllidir. Onlar Əyyubinin kürd, ya da ərəb olduğunu düşünür, araşdırmalarını da bu istiqamətdə aparırlar. Nəticəsinə əvvəlcədən qərar verərək yalnız bu düşüncələrini təstiqləyəcək faktlar irəli sürürlər. Nə yazıq ki, əvvəlcədən nəticəyə qərar verərək araşdırma aparmaq və aparılan araşdırmanın sonunda qəbul edilən qərarı sübut etmək ən çox tarixi elmlərdə rast gəlinir.

    İndi Səlahəddin Əyyubiyə və Əyyubi dövlətinə çox uzaqdan, qısa, amma heç bir fikir sahibinin inkar etməyəcəyi, artıq tarix elmində müzakirəsiz qəbul edilən real faktlardan baxaq.

    Buna nəzər yetirən zaman Əyyubilərdən bir az əvvələ getməli olacağıq. Səlcuq sultanının Atabəyi olan Zəngi, Bəsrə valisi olduğu zaman Bağdad xəlifəsinin əsgərlərinə qalib gələrək tarixə düşür. Zəngi, Suriyada və Mesopotamiyada güclü dövlət qurur. 1144-cü ildə Xaçlıların önəmli qalalarından olan Hələb Kontluğunu ələ keçirir. Bundan iki il sonra ölən Atabəy Zənginin yerinə oğlu Nurəddin Zəngi gəlir. Yenə eyni dövrdə Misirdə uzun müddət davam edən Fatimi səltənəti zəifləmişdi və xaçlıların bu dövlət üçün təhlükə idi. Fatimilərdə hakimiyyətdə olan baş vəzir Şəvar, təhlükə qarşısında Nurəddin Zəngidən yardım istəyir. Nurəddin Zəngi, Fatimi xəlifəsinə yazdığı cavabda, köməyə türkləri göndərəcəyini, onlara güvəndiyini və frankların mizraqlarına qarşı mübarizə aparacaq yeganə qüvvənin yalnız türk oxları olduğunu bildirir. Nurəddin Zənginin türklərdən təşkil olunan ordusunun komandiri adı Şirkuk idi. Onun yanındakı Səlahəddin Əyyubi də Şirkukun qardaşı oğlu idi.

    Uzun müddət çəkən müharibədən sonra Şəvar ölür . Hakimiyyətə Şirkuk, o da öldükdən sonra Səlahəddin Əyyubi gəlir.

    Bundan sonra dövlət “Dövlət-ül Türk” olaraq tanınır. Bu tarixi sənədlərdə də əks olunub. O dövrün tarixçilərdindən biri İbn Attar, Fatimilərinin sonunun Fatimi səltənətindən türklərin səltənətinə keçid olduğunu yazır. Yenə 1182-ci ildə yazılmış və Səlahəddin Əyyubinin uğurlarından bəhs edən bir şeirdə türklərin hakimiyyəti nəticəsində ərəb səltənətinin güclü və hörmətli hala gəldiyi yazılıb.

    Bütün bu dəlillər ortada olduğu halda, son zamanlarda məqsədsiz şəkildə Əyyubilərin kürd dövləti olduğu təkidlə söylənilir. Gündəmdə olan “Hür Adam” filmində də həmin mövzu gündəmə gətirilib. Günlük həyatda, əsgərlikdə, diplomatiyada, tarixdə, sənət və ədəbiyyatda bütün sənədlərdə türklük açıq-aşkar və hər zaman istifadə ediləcək.

    Kürd olduğu ilə bağlı israr edilən Əyyubi, şəxsən sultan olduğu halda, türklüyə etiraz etməyəcək. Bu mümkündürmü?

    Üstəlik dövlətin dili də türk dilidir və Səlahəddin Əyyubinin uşaqlarının adları da türk adları olub. Səlahəddin Əyyubidən sonra hakimiyyətə gələn qardaşı oğlunun adı Salehdir. Sultan Salehin hakimiyyət uğrunda mübarizə apardığı qardaşının adı da Adil idi. Yenə Əyyubilərdən sonra qurulan Məmlük dövləti, “türk” sözünün ərəbcə qarşılığı “ətrak” sözündən istifadə edilərək “Dövlət-ül Ətrak –Türklərin dövləti” adlandırılıb.Tarixə real sənədlərdən baxıldığı zaman, göründüyü kimi, həm Əyyubilərin kürd dövləti olmadığının, həm də nə Əyyubilərdən əvvəl, nə də sonra qurulmuş heç bir kürd dövlətinin olmadığının şahidi oluruq.

    Əyyubilərin kürd dövləti, Səlahəddin Əyyubinin də kürd olduğunu deyənələrin bir başqa iddiası da var: “Kürdlər daim əzilir və ikinci dərəcəli vətəndaş münasibəti görür”. Bunu söyləyənlərə desəniz ki, “ Necə olur ki, prezident, qərərgah rəhbəri, general və bürokratiyanın hər mərtəbəsində, hər vəzifədə kürd var”. Buna da cavabları hazırdır: “ Hə, var, amma onlar assimilyasiya olunmuş kürdlərdir. Əks halda o vəzifədə olmazdılar”. Həm bunu söyləyənlərdən, həm də Səlahəddin Əyyubinin kürd olduğunu təkidlə bildirənlərdən bu suala cavab istəyirəm: Səlahəddin Əyyubi şəxsən sultan olaraq bütün gücü ilə hakimiyyətdə olduğu halda, necə ola bilər ki, assimilyasiya edilə bilər? Kürd dövlətinin hər təbəqəsində danışılan dildən orduya, bürokratiyadan diplomatiyaya, tarixdən sənətə, hər sahədə türklər hakim olacaq?

    Bu cür tərsinə assimilyasiyaya tarix boyu şahid oldunuzmu siz?

    Nəticədə “Dövlət-ül Türk” deyimi işlədilən Əyyubi səltənətinin nə dövləti olduğunu bu qədər müzakirə etmək nəyə lazımdır? Zatən, müzakirə olunan cavab sualın içindədir. Yuxarıda aydınlaşdırdığımız bütün ünsürlər türk və türkün olan Əyyubi səltənəti də türk dövlətidir və Səlahəddin Əyyubi də türk sultanıdır”.

    Natavan Çavuş

    ATV.AZ

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda

    Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur....

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    Kərkükdə Kürdcə məcburi dil oldu, Türkcə yasaqlandı

    Peşmərgə başçısı Barzaninin təyin etdiyi Kərkük Valisi, şəhərdəki dövlət idarələrində Kürdcəni “məcburi dil” etdi....



© 2017 Milliyyətçi Hərəkat