ENMƏZ DEMİSƏN, ENMƏYƏCƏK!

    Kategori: Bloq Tarih: 29-05-2017, 15:35
    ENMƏZ DEMİSƏN, ENMƏYƏCƏK!


    ENMƏZ DEMİSƏN, ENMƏYƏCƏK!

    İnsanlar nəyə inanar? İnsanları müəyyən bir cəmiyyəti necə bir ideologiyaya, bir fikirə müqəddəs bir ideal rəmzinə necə inandırmaq olar? Onlara istədiklərini, ehtiyacı olduqlarını, haqqı olduqlarını verməklə. Tam da bunu elədin sən. İllərdir müqəddəs Türk cəmiyyətinin əllərinən alınmış, tapdalanmış və yerlərə salınmış Hürriyyət haqlarını bərpa elədin. Sən, təhsil alınmasına imkan verilməyən, yaşadıqları yer müharibə yerinə dönmüş və İmperatorun gözündə ən alçaq dərəcəyə görülmüş o dəyərli millətinə inandın. Sən, özü acından ölsə də qardaşlarının yunan tərəfindən işğal olunmasına göz yuma bilmədin. Sən, 23 ay ərzində bütün Şərq, müsəlman, Türk topluluqlarında yaratdığın ilk Demokratik cümhuriyyəti qorumaq onu tanıtmaq və onu yüksəltmək üçün hər şeyi elədin . Sən, insanları həqiqi olana, öz milliyətinin üstün olduğuna, Hürriyyətiin hər şeydən üstün olduğuna yenidən inandırdın. Çünkü sən , azadlığın yalnız elmdən, mətbuatdan və dirənişdən keçdiyini bilirdin. Sən, ölüm ayağında belə o müqddəs 10 hərfli sözü “Azərbaycan” deyərək öldün. Neçə belə siyasilər, neçə belə prezidentlər gəldi keçdi, səni sevəni də oldu səni unutdurrmaq istəyəni də. Sənin millətin səni heç bir zaman unutmadı amma. Çünkü sən onlara ehtiyacı olduqlarını verdin. Çünkü sən bizə haqqımızı verdin. Sən bizə Hürriyyətimizi verdin. Sən bizə o 3rəngli bayrağı verərək dedin ki: Bir kərə yüksələn bayraq, bir daha enməz. Enməz demisən, enmməyəcək!

    Ləkə

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Eks-prezidentlər Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək ifadə ediblər

    Bakıda keçirilən V Qlobal Forumun iştirakçısı olan eks-prezidentlər Azərbaycan-Ermənistan Sülh Platformasına dəstək ifadə ediblər....



© 2017 Milliyyətçi Hərəkat